Şimali Atlantika Şurasında 28+1 formatında məsləhətləşmələr keçiriləcək

İyunun 12-də NATO-nun Brüsseldə yerləşən Mənzil Qərargahında Azərbaycanın Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədi və tərəfdaşlıq məqsədlərinin müzakirə edilməsi məqsədilə Şimali Atlantika Şurasının 28+1 formatında məsləhətləşmələr keçiriləcək.
Azərbaycan tərəfindən tədbirdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə müvafiq dövlət qurumları mütəxəssislərindən ibarət nümayəndə heyəti iştirak edəcək.