Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO ekspertləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ ekspertləri ilə işçi görüşü keçirilib.
Tədbirdə Azərbaycan, Bolqarıstan, Çexiya və İsveçin hərbi tədris müəssisələrinə səfərlərin icmalı, eləcə də beynəlxalq hərbi təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi mövzularında müzakirələr aparılıb.