Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Sentyabrın 29-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Sankt-Peterburq şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.
İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər ki, general-polkovnik Nəcməddin Sadıkov və ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ümummilli lider Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.