Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Soçi şəhərində (Rusiya Federasiyası) keçirilən növbəti iclasında iştirak edib.
İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.