Silahlı Qüvvələrimizin nümayəndələri dəniz təlimində iştirak edəcək


Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 11-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) Açıq dəniz təlimi keçiriləcək.
Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.