Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Fevralın 13-dən 17-dək Tbilisi şəhərində (Gürcüstan) strateji liderlik proqramı kursu, fevralın 13-dən 24-dək Haaqa şəhərində (Niderland Krallığı) mülki-hərbi əməkdaşlıq üzrə qərargah zabiti kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə seminar keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.