Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir


Fevralın 8-dən 12-dək Madrid şəhərində (İspaniya) NATO-da tibbi qiymətləndirmə kursu və Oberammerqau şəhərində (Almaniya) resursların idarə edilməsi üzrə təhsil proqramı kursu, fevralın 8-dən 19-dək isə Qarmiş-Partenkixen şəhərində (Almaniya) dil testi üzrə seminar keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.