Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir


Fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu, Ramştayn şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü, fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankara şəhərində (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.