Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Fevralın 9-dan 13-dək Oberammerqau şəhərində (Almaniya) "Sahib ölkə dəstəyi" kursu, Ankara şəhərində (Türkiyə) "Kiber məkanın terrorçular tərəfindən istifadəsi" kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.