Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Oktyabrın 28-dən 30-dək Budapeşt şəhərində (Macarıstan) İlkin tibbi yardım zabitlərini hazırlayan təlimatçılar üçün simpozium və Doha şəhərində (Qətər) "Yırtıcı Şahin – 2015" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.