Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 1-dən 4-dək Bakı şəhərində Müdafiənin idarə olunması üzrə seminar və Azərbaycan-ABŞ İş Planına əsasən iyulun 1-dən 3-dək Lyublyana şəhərində (Sloveniya) Maddi Texniki Təminat məsələləri üzrə seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.