Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu, dekabrın 8-dən 19-dək Ankara şəhərində (Türkiyə), 20-dək isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Türkiyə Quru Qoşunları Məktəbi arasında müəllim mübadiləsi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.