Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Dekabrın 9-dan 12-dək Bakı şəhərində Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması mövzusunda növbəti seminar, dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində (Belçika) Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.