Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Dekabrın 16-dan 18-dək Norfolk şəhərində (ABŞ) "Transformasiya Komandanlarının konfransı və Tərəfdaşların Transformasiya Komandanlarının dəyirmi masa" tədbiri, dekabrın 16-dan 17-dək isə Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarəti və Bonn şəhərində (Almaniya) Hərbi hüquq üzrə ekspert danışıqları keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.