Silahlı Qüvvələrdə Ümummilli Liderin xatirəsi yad edilib

Dekabrın 12-də Silahlı Qüvvələrin bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə keçirilən mərasimlərdə iştirak ediblər.
Hərbi qulluqçular bölgələrdə yerləşən Heydər Əliyev Mərkəzləri, eləcə də Ulu Öndərin abidələrini ziyarət edib və dahi şəxsiyyətin xatirəsini anaraq ehtiramlarını bildiriblər.