Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçan aparatlar ilə təmin ediləcək

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Müdafiə Sənayesi naziri cənab Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçan aparatlar ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.
Sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçan aparatlar yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.