Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib.
Mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.
Qonaqlara Müdafiə naziri adından bayram münasibətilə ziyafət verilib. Tədbir Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, həmçinin respiblikamızın incəsənət xadimlərinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.