Rusiyanın Xəzər Dəniz Flotilyasının komandanı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

Rusiya Federasiyası Xəzər Dəniz Flotilyasının komandanı, kontr-admiral Sergey Pinçuk Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə işçi görüşü keçirib.
Xəzər dəniz donanmasının Mahaçqala şəhərindəki bazalanma məntəqəsində keçirilən görüşdə “Dəniz kuboku-2017” yarışlarında suüstü gəmilərin heyətləri arasında dəniz müsabiqəsinin təşkili və keçirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti “Kaspi” təlim-məşq kompleksi, “Xəzər kuboku-2015” və “Dəniz kuboku-2016” yarışları mərhələlərinin keçirildiyi “Skorpion” dəniz piyadaları bölmələrinin təlim sahəsinin komanda məntəqəsi ilə tanış olub.