"Yurdumuzun tarixi" intellektual istedadlar yarışının final mərhələsi baş tutub

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursant tağımları arasında keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş "Yurdumuzun tarixi" intellektual istedadlar yarışının final mərhələsi baş tutub.
Fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Lisey rəisi general-mayor Mirzə Almasov qalibləri təbrik edərək onlara gələcəkdə uğurlar arzulayıb.