"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2017 10:10

"Azərbaycan Ordusu" qəzeti - №92 (2209)

“Azərbaycan hərbçiləri mübarizdirlər, şərəflə xidmət edirlər”
Ölkəmizin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı Kosovoda hərbi münaqişənin yarandığı dövrdən başlayıb və Azərbaycan ilk dəfə olaraq sülhməramlı heyətini 1999-cu ildə həmin bölgəyə göndərib. Sonrakı dövrlərdə isə İraqda beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olub və yenə də burada sabitliyin, əmin-amanlığın təmin edilməsinə dəyərli töhfə verib...davamı

 



Uğurlu məşq qələbəyə təminatdır
Azərbaycan əsgərinin döyüş meydanında mübarizələrdə göstərdiyi fədakarlıq, aprel zəfərinə imza atması, sözün əsl mənasında, qəhrəmanlıq dastanıdı. Böyük bir amal uğrunda mübarizə aparan gənclərin komandirlərinə güvənib, silahına sarılıb, biliyinə əsaslanıb ülvi hisslərlə Vətəninin keşiyində dayanması onların Vətən qarşısında əsl övlad haqqıdır...davamı

 



Qaliblər mükafatlandırıldı
Dekabrın 1-də Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ordu həmkarları arasında il ərzində təşkil edilən kütləvi idman yarışlarının yekunu ilə bağlı tədbir keçirdi.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni oxundu...davamı

 



Hazırlıq yüksək səviyyədədir
Kursantların bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq C.Naxçıvanski adına Hərbi Liseydə silsilə tədbirlər keçirilir. Belə diqqətçəkən və hamının dərin marağına səbəb olan tədbirlərdən biri də bu günlərdə "Kiçik Akademiya" layihəsi çərçivəsində keçirildi. Yarış-müsabiqədə müxtəlif bölükləri təmsil edən üç komanda - "Mübariz", "İstiqlal" və "Tufan" komandaları iştirak edirdi...davamı

 



“Torpaqlarımızı işğaldan azad edəcəyik”
Hörmətli redaksiya!

Qəzetinizin 29 noyabr tarixli sayında oxuduğum "Əsgər oğluma məktub" məqaləsi məni də çox duyğulandırdı. Şəfaqət ana sanki bizim də uşaqlığımıza bələd imiş. Biz də zamanında taxta avtomatlarla, taxta qılınclarla "dava-dava" oynayardıq. Heç kim "düşmən" olmaq istəməzdi. Buna baxmayaraq oynayardıq. O illər arxada qalıb. İndi əsgərik...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı