Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:43

"Azərbaycan Ordusu" qəzeti - №88 (2205)

Təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasında əsas amillərdən biridir

Dünyanın məşhur hərb xadimlərindən biri - böyük rus sərkərdəsi Suvorov öz zamanında təlimlərin keçirilməsini yüksək dəyərləndirib və qeyd edib ki, təlim əsgərin akademiyasıdır. Doğrudan da, təlimlər ən mühüm hərbi əməliyyat  tədbiri olaraq şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında  başlıca rol oynayır...davamı


Qələbə soraqlı Azərbaycan əsgəriyik

Dan yeri yenicə sökülür, ana təbiətin gözəlliyini seyr edə-edə Azərbaycan əsgərinin görüşünə tələsirik. Dağların arxasından boylanan payız günəşi xəyallarımı isidir, düşüncələrimi dincəldir. Torpağa səpələnən xəzan da öz gözəlliyi ilə adamı düşüncələrə qərq edir. Mənə elə gəlir ki, bu dağların hər qarışı, hər daşı qəhrəmanlıq tariximizi özündə yaşadır...davamı


Təkmilləşdirmə kursu başa çatıb

Əlahiddə Ümumqoşun Orduda zabit heyətinin təkmilləşdirilməsi kursunu müvəffəqiyyətlə bitirən zabitlərin növbəti yuxarı vəzifələrə təyin olunmaları  münasibətilə buraxılış mərasimi keçrilib...davamı


“Ali Baş Komandanımızın əmrini gözləyirik”

Bu gün müstəqil Azərbaycan qüdrətli orduya malikdir. Ordunun güclənməsi, dövlət və xalq üçün vacib amildir. Çünki Vətənimizi, müstəqil dövlətimizi daim qorumaq qüdrətinə malik olmalıyıq. Ordumuz möhkəmlənir ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edə bilsin. Bütün bunlara görə Azərbaycan gəncliyinin qarşısında duran ən vacib məsələlərdən biri məhz orduda xidmət etmək, döyüş vərdişlərinə yiyələnməkdir...davamı


İşğalın sonuna az qalıb...

"N" hərbi hissəsinin döyüş mövqeyindəyik. Düşmənlə üz-üzə  dayanan Vətən keşikçilərinin görüşünə gəlmişik. Şəxsi heyətlə tanışlığım zamanı baş leytenant İsmət Əvəzzadə tərxis  olunmağına sayılı günlər qalan əsgər Şamil Ağabəyovun nümunəvi xidmətindən danışır. Xidmətə gəldiyi ilk gündən məsuliyyətli, nizam-intizamlı olmasından, vətənpərvərliyi, qorxmazlığı ilə komandirlərinin və silahdaşlarının rəğbətini qazanmasından fəxrlə söz açır...davamı


Keçirilən təlimlər günümüzün reallığıdır

Son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həllini tapa bilmədiyi üçün hərbi vasitələrdən istifadə istisna olunmur. Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı ordumuzda müxtəlif hərbi təlimlərin keçirilməsi də təqdirəlayiqdir...davamı
 

“Yenə tarix yazacağıq!”

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsindəki bölmələrdən birində müasir ideoloji mərkəz diqqətimi cəlb etdi. Yüksək tərtibatla hazırlanmış mərkəzdə ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin inkişafını mərhələ-mərhələ əks etdirən dəyərli eksponatlar asudə vaxtlarını əsasən burada keçirən gənc döyüşçülərin mənəvi hazırlığında mühüm rol oynayır...davamı
 

“Xidmətimlə qürur duyuram”

Hərbi təbabətin əsas meyarı hərbi xidmətdə olan vətəndaşların sağlamlığının qorunub saxlanılmasına yardımçı olmaqdır. Onun nəzəri əsası tibb elmi olsa da, qoşunların spesifik şəraiti, döyüş travmaları və müharibə dövrü xəstəliklərinin özünəməxsus xüsusiyyətləri mülki səhiyyədəki qayda və tələblərdən tamamilə fərqlənir...davamı
 

Həzrədən səngərə, səngərdən əbədiyyətə (esse)

Azərbaycan Texniki Universitetində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş "Çin olan yuxu" sənədli filminin təqdimat mərasimində eşitdiklərimi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin qəhrəmana həsr olunmuş "Çingiz dastanı" kitabından oxuduqlarımı xatırlayıram. İstər kitabda oxuduqlarım, istərsə də sənədli filmdə eşitdiklərim təsdiqləyir ki, Çingiz aprel döyüşlərini həmişə qürurla xatırlayırmış, o döyüşləri xatırlada-xatırlada xidmət edirmiş...davamı

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı