Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:20

"Azərbaycan Ordusu" qəzeti - №87 (2204)

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmayacaqdır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü mərasimində geniş nitq söyləyib...davamı

 



Azərbaycanın sülhməramlıları
Azərbaycanda ordu quruculuğu hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən yaradılan ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır...davamı

 



“Ordu bizim evimizdir”
"Ordu və cəmiyyət" rubrikasının qonağı Azərbaycan Yazıçılar Birliyinin müşaviri Rauf Aslanovdur.

Antik dövrdən müharibənin ədəbiyyata təsirindən danışan Rauf Aslanov qeyd etdi ki, zamanın hər dönəmində döyüşlərdə göstərilən qəhrəmanlıqlar əvvəlcə dastanlara çevrilib, sonra yazıya köçürülüb...davamı

 


Mən əsgər atasıyam!
Yeniyetmələr evdə valideynlərin, məktəbdə müəllimlərin söhbətlərindən, məsləhətlərindən, öyüd-nəsihətlərindən Vətən sevgisi öyrənir, bu sevginin müqəddəsliyini dərk etdikcə mətinləşir. Vaxtı çatanda hərbi xidmətə çağırılır. Ata-ana xeyir-duasıyla hərbi xidmətə gedir...davamı

 



“Yüksək hazırlıqlı əsgər sabahın qalib döyüşçüsüdür”
Sıra hazırlığı hərbi qulluqçuların təlim və tərbiyəsində əsas amillərdən biridir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi əsasında hazırlanır və keçirilir. Sıra hazırlığı dərslərində hərbi qulluqçulara səliqəlilik, diqqətlilik, nizam-intizam aşılanır və sıra üsullarının bölmə tərkibində yerinə yetirilməsi bacarığı təkmilləşdirilir...davamı

 



Vətən bizdən hünər gözləyir!
Tarix boyu xalqımız Vətən torpaqlarının  bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşmüş, canı bahasına yurdunu göz bəbəyi kimi qorumuşdur. Keçən ilin aprelində cəbhə xəttində hərbçilərimizin göstərdiyi şücaət, mərdlik, qorxmazlıq bunu bir daha sübut etdi. Atəşkəsi pozaraq dinc əhalini təhlükə ilə üz-üzə qoyan düşmənə ordu hissələrimiz layiqli cavab verərək torpaqlarımızın bir qismini işğaldan azad etdi...davamı

 



Mİlli Dirçəliş günü münasibəti ilə tədbir keçirildi
"N" hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi...davamı

 



Təhsildə fərqlənənlər mükafatlandırıldı
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının C.Naxçıvanski adına Hərbi Liseylə sıx əlaqəsi neçə illərdir ki, davam edir. Konfederasiyanın iştirakı ilə təhsil ocağında  vaxtaşırı hərbi vətənpərvərlik tədbirləri keçirilir. Belə tədbirlərdən biri də 2017-2018-ci təhsil ilində fərqlənən kursantlara mükafat və diplomların təqdim edilməsidir...davamı

 



Qürurun qürurumuzdu!..
Bir az əvvəl burada gənc əsgərlər Hərbi and içdilər. Mərasimi sən də böyük maraqla, murazla, niyyətlə izlədin. Əsgərlərin təntənəli keçidini izlədikcə ürəyinin necə döyündüyünü mən də hiss edirdim. Qabağa çıxmışdın. Sən də hərbi salam verirdin - əsgər qardaşının timsalında qardaşına qardaş bildiyin bütün əsgərləri uğurlayırdın. Varlığınla yerə-göyə sığışmayan bir sevinc idin, əzizimiz Yusif...davamı

 

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı