"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2018 10:26

"Azərbaycan Ordusu" qəzeti - №2 (2218)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır”
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təbrikində deyib. Bu inam ordunun döyüş qabiliyyətinə, zabit kadrlarının hazırlığına, əsgərlərin hərbi biliklərə yiyələnmə səviyyəsinə, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına inamdır...davamı

 

 



“Son nəfəsədək döyüşməyə hazırıq”
Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyündüyün yurd - Vətəndir. Bu Vətənin böyük, şərəfli bir adı var - Azərbaycan!

Doğma Vətənə sevgim hər şeyə - havasından, suyundan, təbiətindən, torpağından, daşından tutmuş insanlarına olan dərin və tükənməz sevgimdir. Vətənin şanlı tarixi keçmişi, indisi və işıqlı gələcəyi hamımız üçün əzizdir...davamı

 

 



Həkimin qayğısı, səmimiyyəti də müalicə vasitəsidir
"N" hərbi hissəsində gənc əsgərlərin hazırlığı uğurla davam edir. Yüksək döyüş hazırlıqlı əsgərin formalaşması da elə bu mərhələdən başlanır. Şübhəsiz, gənclərin hərbi bilik və vərdişlərə dərindən yiyələnməsi  üçün hərbi bölmələrin sosial-məişət şəraiti, mənəvi-psixoloji durumu yüksək olmalıdır. Bu gün ordumuzda şəxsi heyətin sağlamlıqlarına da ciddi diqqət yetirilir. Müasir tibbi avadanlıqlarla təchiz olunan və peşəkar həkimlərin çalışdığı tibb məntəqələri bu məqsədlə fəaliyyət göstərir...davamı

 

 



Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs
Mövzu: Azərbaycan xalqının istiqlal mübarizəsi və qəhrəmanlıq ənənələri. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən, Azərbaycan xalqının milli-azadlıq hərəkatı və 20 Yanvar faciəsi zamanı qəhrəmanlıq nümunələri göstərmiş Azərbaycan vətəndaşları haqqında məlumatları özündə əks etdirən kitab materiallarından istifadə etməli, öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə almaqla mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir...davamı

 

 



İctimaiyyət və ordu
Müharibənin, torpaqlarımızın işğalının ağrı-acılarını yaşayanlar "Mən azərbaycanlıyam!" qürurunu fəxrlə yaşadır. Cəmiyyətin mühüm tərkib hissəsi olan orduya münasibətin səviyyəsi həmişə dövlətçiliyə münasibət kimi anlaşılıb. Vətəndaşlıq mövqeyinə söykənən bu münasibət qarşılıqlı inamdır, qarşılıqlı güvəncdir...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı