Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2018 11:01

"Azərbaycan Ordusu" qəzeti - №14 (2230)

Vətən bizə oğul deyəcək!

Ölməz şairimiz, Azərbaycan poeziyasına dəyərli töhfələr vermiş Məmməd Arazla bir kollektivdə çalışdığım günləri gəncliyimin ən dəyərli dövrü hesab edirəm. Məmməd müəllim ömrünü Vətənimizə, millətimizə fəda edən gözəl bir ziyalı idi...davamı



Azərbaycanın hərbi potensialı ildən-ilə möhkəmlənir

2016-cı ilin aprel döyüşlərində də müasir silah-sursatla təmin olunan Azərbaycan Ordusu öz hərbi gücünü düşmənə layiqincə sübut etdi. Artıq nəinki beynəlxalq səviyyəli hərbi ekspertlər, həmçinin işğalçı ölkənin analitikləri Azərbaycanın yetərincə hərbi qüdrətə malik olduğunu etiraf edirlər...davamı



Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində hərbi dənizçilik aspektləri

Azərbaycan Respublikasının Prezidendi İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bu sərəncam dövlətçilik tariximizdə əhəmiyyətli yeri olan Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar imzalanıb və bu tarix cəmiyyətin bütün sahələrində yüksək səviyyədə qeyd olunacaq...davamı



“Xalqımız sizə güvənir, Azərbaycan əsgəri”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli keçirilməsi məqsədilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi tərəfindən ön xətt bölmələrində mədəni-kütləvi tədbirlər keçirilib...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs


Mövzu: IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı. Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.
İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur...davamı



Hərbçi olmaq şərəfdir

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, nazirliyin təşviqat qrupu bölgələrdəki orta məktəblərdə hərbi rəhbərlər - gənclərin çağırışaqədərki hazırlığı üzrə fənn müəllimləri və şagirdlərlə silsilə tədbirlər keçirdi. Bu tədbirlər bilavasitə yeniyetmələrin, gənclərin hərbi vətənpərvərlik duyğularının formalaşmasına yönəldilmişdi...davamı



Bəşəriyyətə sığmayan erməni terrorizmi

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirildi...davamı


"Azərbaycan Ordusu" qəzetinin tam variantı