Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 May 2016 09:00

"28 may - Respublika günü" münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir

"28 may - Respublika günü" münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Müdafiə nazirinin göstərişinə əsasən təsdiq olunmuş plan üzrə bayramla əlaqədar tarixçi alimlərin, millət vəkillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilir, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilir.