Qazaxıstanın hərbi gəmiləri Bakı limanını tərk edib

“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 22-də Azərbaycana gələn Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” və “Qazaxıstan” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri Bakı limanını tərk edib.