Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti C.Naxçıvanski adına Hərbi Liseydə olub

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün əməkdaşlıq Planı"na əsasən Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.
Keçirilən tədbir zamanı qonaqlara liseyin tədris və maddi-texniki bazası haqqında ətraflı məlumat verilib.