Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri Komandanının Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır


Aprelin 16-da Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin Komandanı aviasiya marşalı Tahir Rafiq Battın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər aprelin 19-dək davam edəcək.