Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir - VİDEO

Təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunması praktiki həyata keçirilir. Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.