Naxçıvan: Əlahiddə Ümumqoşun Ordunun tank və artilleriya bölmələri irimiqyaslı təlimlərdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, tank və artilleriya bölmələrinin döyüş uzlaşması aparılıb, praktiki atışlar icra edilib.
Döyüş əməliyyatı rayonlarında gecə şəraitində tank bölmələrinin atışları olub.
Təlimlər çərçivəsində xüsusi təyinatlı bölmələrin şəxsi heyəti müvafiq tapşırıqları icra edib.
Səhra şəraitində səfərbərlik çadırları açılıb, şəxsi heyətin və texnikanın qəbulu məntəqələri fəaliyyət göstərir.