NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2017" təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib

İyunun 1-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib.
Yüksək Səviyyəli Qonaqlar Günü təlimi Müdafiə Nazirliyinin general heyəti ilə birgə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi izləyiblər.
Həmin gün qonaqlar “N” saylı hərbi hissədə də olaraq burada yaradılan şəraitlə tanış olublar.
Təlim iyunun 3-də sona çatacaq.