NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə işçi görüşü keçirilir


Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının və Planlaşdırma, Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə NATO-nun Beynəlxalq Qərargahının Ekspert Qrupu ilə 9-13 aprel 2012-ci il tarixlərində Azərbaycanda işçi görüşləri keçirilməsi nəzərdə tutulur. Belə bir tədbir 10-11 aprel 2012-ci il tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə birgə keçirilmişdir.