Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində Bolqarıstan Hərbi Dəniz Akademiyasının ekspertləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri məktəbdə keçirilən işçi görüşlərdə iştirak ediblər.
Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı, eləcə də əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub.