"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Məlumatlar

28 Oktyabr 2020 17:10

İşğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 28-dək 4 şəhər, 3 qəsəbə və 179 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 69 kəndi, Füzuli şəhəri və rayonun 31 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 42 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 14 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:
27 sentyabr 2020-ci il
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
 3 oktyabr 2020-ci il
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
 4 oktyabr 2020-ci il
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
5 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
 9 oktyabr 2020-ci il
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri
Tərtər rayonunun Çaylı kəndi
 14 oktyabr 2020-ci il
Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
15 oktyabr 2020-ci il
Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi
 16 oktyabr 2020-ci il
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
 17 oktyabr 2020-ci il
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
 18 oktyabr 2020-ci il
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
 19 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
 20 oktyabr 2020-ci il
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
 21 oktyabr 2020-ci il
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
 22 oktyabr 2020-ci il
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
23 oktyabr 2020-ci il
Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
25-26 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri
28 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
Füzuli rayonunun Mandılı kəndi
Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.