Müdafiə Nazirliyinin şəxsi heyəti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Hərbi qulluqçular Ulu öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.