Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.