Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib

Fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.
Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.