Müdafiə Nazirliyinin məlumatı

Müharibə gedən bölgələrdən alınan xəbərlərə görə, ötən gecə və bu gün səhər bütün cəbhə boyu nisbi sakitlik olmuşdur. Qubadlı rayonunun Əyin kəndi ara-sıra avtomat və pulemyotlardan atəşə tutulub.
Dünən xəbər verdiyimiz kimi, Xocalı rayonu ərazisində Ermənistan Hərbi Hava Qüvvələrinin vertolyotu Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.