Müdafiə Nazirliyinin məlumatı

QAZAX

Sərhəd boyunca Ermənistan ərazisində düşmən xeyli texnika və canlı qüvvə toplayır. Gecə sakit keçmişdir.

ZƏNGİLAN

İyulun 25-nə keçən gecə rayonun Seyidlər kəndi Ermənistanın Qafan rayonu ərazisindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.

CƏBRAYIL

İyulun 24-də saat 18:00-dan 20:00-dək Sur kəndi keçmiş Hadrut rayonu ərazisindən atəşə tutulmuşdur. Təlafat olmamışdır.

AĞDAM


İyulun 24-də saat 21:30-dan başlayaraq Gülablı kəndi Qarakənd istiqamətindən atəşə tutulmuşdur. Ağdam şəhəri və Yuxarı Qarabağla bitişik kəndlərimiz Əsgəran-Xanabad ərazisindən atəşə tutulmuşdur.

TƏRTƏR

İyulun 25-nə keçən gecə Ağdərə ərazisində döyüş əməliyyatları davam etmişdir. Kasapet ətrafındakı yüksəkliklərdən Metsşen və Möhrətaq kəndləri toplardan atəşə tutulmuşdur.