Müdafiə Nazirliyinin məlumatı

Cəbhə boyu Azərbaycan Silahlı Qüvvələri və Ermənistan işğalçı ordusu hissələri arasında ağır döyüşlər gedir. Xaçınçay dərəsi və Fərrux dağı istiqamətində döyüşlər xüsusi gərginlik daşıyır. Buna baxmayaraq ötən gecə və bu gün ərzində əməliyyat şəraiti əsasən dəyişməyib.
Füzuli cəbhəsində erməni qoşunları artıq bir neçə gündür ki, döyüşçülərimiz tərəfindən ələ keçirilən Qızılqaya yüksəkliyini almaqdan ötrü cəhdlər edirlər. Dünən axşam buradakı mövqelərimiz top atəşinə tutulub. Bu gün isə yaxınlıqda yerləşən Gümbəz məntəqəsi uğrunda qızğın döyüşlər gedib. Döyüş zamanı düşmənin bir tankı məhv edilib.
Dünən axşam və bu gün ərzində Ağstafa rayonunun Köhnəqışlaq kəndi və Tovuz rayonunun ərazisi Ermənistandan müxtəlif növ silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.