Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə Gədəbəy, Tovuz, Qazax, Ağstafa və Cəbrayıl bölgələrində nisbi sakitlik olub. Füzuli bölgəsində düşmən saat 21-dən Tuğ istiqamətindən Füzuli şəhərini top atəşinə tutub. Nəticədə 3 nəfər yaralanıb, 1 ev dağılıb. Gecə Füzuli, habelə Zəngilan, Qubadlı, Ağdərə, Laçında nisbi sakitlik qeydə alınıb.
Ağdam bölgəsində düşmən dünən saat 20-dən 21-dək Xramort istiqamətində hücuma keçməyə cəhd göstərib. Hücum dəf edilib, itki yoxdur.