Müdafiə Nazirliyinin məlumatı

Dünən axşam və ötən gecə cəbhə xəttində əhəmiyyətli dəyişiklik baş verməyib. Yanvarın 28-də ermənilərin Ağcabədi rayonu istiqamətindəki mövqelərimizə hücumu dəf edilib. Döyüş vaxtı düşmənin 1 PDM-i sıradan çıxarılıb. Dünən yanvarın 29-da erməni silahlı birləşmələri Kuropatkino tərəfdən Nərgiztəpə yaxınlığındakı mövqelərimizə yenidən hücum etmək üçün cəhd göstərib. Düşmənin bu cəhdinin də qarşısı alınıb.