Müdafiə Nazirliyinin məlumatı

Ağdərə bölgəsində döyüşlər səngimir. Martın 17-də erməni birləşmələri Canyataq və Gülyataq kəndlərinə hücum ediblər. Əsgərlərimiz bu məntəqələr ətrafındakı hakim yüksəkliklərdə mövqe tutublar. Martın 19-na keçən gecə ermənilər ayrı-ayrı istiqamətlərdən bölgədəki mövqelərimizə hücuma keçməyə cəhd göstəriblər. Topçularımızın sərrast atəşindən sonra düşmən geri çəkilib.
Martın 17-də Naxçıvan MR Şərur rayonunun Çağavur, Ordubad rayonunun Kilit gözətçi məntəqələri Ermənistan istiqamətindən, Füzuli şəhəri isə respublikamızın işğal olunmuş ərazisindən atəşə tutulub.
Bu gün martın 19-da Zəngilanın Şayıflı kəndi Ermənistanın Qafan rayonu istiqamətindən “Qrad” qurğularından atəşə məruz qalıb.
Cəbhə xəttinin qalan sahələrində nisbi sakitlikdir.