Müdafiə Nazirliyinin məlumatı

Martın 16-na keçən gecə Ağdərə bölgəsində döyüşlər davam edib. Ara verməyən bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə ətrafındakı vəziyyətə tam nəzarət edirlər. Gün ərzində əsasən artilleriya atışması qeydə alınıb.
Cəbhə xəttinin qalan sahələrində nisbi sakitlikdir.