Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Azərbaycanla dövlət sərhədində fəal döyüş əməliyyatlarını davam etdirir. Ermənistan silahlı qüvvələrinin bölmələri dünən saat 19:30-dan 23:30-dək Naxçıvanın Sədərək qəsəbəsini müxtəlif növ silahlardan atəşə tutublar. Mayın 6-na keçən gecə eyni vaxtda Respublikamızın şimal-qərbindəki sərhəd mövqelərimiz Ermənistan ərazisindən tank, PDM və atıcı silahlardan atəşə tutulub. Bu gün səhər saat 07:20-dən 8:30-dək Tovuz rayonunun Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən tanklardan və yüngül silahlardan atəşə tutulub.
Ötən gecə saat 01:00 radələrində düşmən tank və piyadaların köməyilə Füzulinin Aşağı Veysəlli kəndinə hücum edib. Füzuli cəbhəsindəki topçularımız erməniləri geri çəkilməyə məcbur ediblər.