Müdafiə Nazirliyinin məlumatı
Ermənistan ordusunun bölmələri öz qəsbkarlıq əməllərindən əl çəkmirlər. Dünən axşam Tovuz rayonunun Ağdam kəndi yenidən iriçaplı pulemyotlardan atəşə tutulub. Döyüşçülərimiz cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurublar.
Dünən Ağdərə bölgəsində düşmənin kəşfiyyat qrupu bu istiqamətdə yerləşən postumuza həmlə etməyə çalışmışdır. Qısa sürən atışmadan sonra ermənilər geri çəkiliblər.