Müdafiə Nazirliyinin məlumatı

Ötən gün ərzində cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib. Dünən, aprelin 22-si günorta düşmən Murovdağ aşırımındakı mövqelərimizə hücum etmək üçün cəhd göstərib. Bu cəhdin qarşısı döyüşçülərimiz tərəfindən alınıb. Hazırda buradakı yüksəkliklərə bizim əsgərlərimiz nəzarət edirlər.