Müdafiə Nazirliyinin məlumatı

Ötən gün ərzində cəbhədəki əməliyyat şəraiti dəyişməyib. Dünən, aprelin 29-da Murovdağdakı mövqelərimiz, Cəbrayıl istiqamətindəki postlarımız, Qazax rayonundakı sərhəd məntəqələrimiz avtomat və pulemyotlardan, Zəngilan rayonunun Şayıflı və Yeməzli kəndləri isə toplardan atəşə tutulub. Qazax rayonunda yerləşən döyüşçülərimiz keçirdikləri əməliyyat nəticəsində düşmənin 1 KAMAZ avtomobilini ələ keçiriblər.