Müdafiə Nazirliyinin məlumatı

Ötən gün ərzində cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib. Goranboy rayonunun Gülüstan kəndi ətrafında vəziyyət gərgin olaraq qalır.
Dünən, aprelin 21-də Zəngilan rayonunun Şayıflı kəndi tanklardan, aprelin 22-nə keçən gecə isə Cəbrayıl istiqamətindəki mövqelərimiz avtomat və pulemyotlardan atəşə tutulub.