Müdafiə Nazirliyinin məlumatı

Bir neçə gün davam edən nisbi sakitlikdən sonra Murovdağ aşırımında yenidən döyüşlər başlamışdır. Aprelin 29-na keçən gecə bu ərazidə atışmalar olub. Son məlumata görə, əməliyyat şəraitində dəyişiklik olmayıb.
Dünən, aprelin 28-də Tovuz rayonunun Ağdam kəndi Ermənistan ərazisindən “Şilka” qurğularından, minaatanlardan və avtomatlardan atəşə tutulub.